DÜNYA

Bu gecə “Super Ay” görünəcək
04 DEKABR
117

Bu gecə “Super Ay” görünəcək

2017-12-04 12:08:00

Bu gün möhtəşəm təbiət hadisələrindən olan “Super Ay” görüntüsü gerçəkləşəcək. Bu barədə xəbəri “Forbes.com” saytı verib.

Yer kürəsinin yeganə təbii  peyki olan Ay dünya ətrafındakı turunu dairə formasında deyil, elliptik formada tamamlayır. Bu zaman Yer kürəsi ilə Ay arasındakı məsafə 363 min kilometr ilə 405 min kilometr arasında dəyişir. Ayın Yerə ən yaxın olduğu zaman meydana gələn görüntü “Super Ay” adlanır. Bu möhtəşəm təbiət hadisəsində Ay ən uzaq görüntüsündən daha böyük görünərək daha çox işıq saçır.

Astrofizik Ceki Fahetiyə görə, bugün gerçəkləşəcək olan “Super Ay”da  insanların fərq edəcəyi qədər dəyişiklik olmayacaq . Qeyd edək ki, 1948-ci ildən  bu yana  ən böyük  “Super Ay”  2016-cı ildə görüntülənib. Bu böyüklükdə olan ikinci “Super Ay”ın isə 2034-cü ildə gerçəkləşəcəyi ehtimal olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+6°C
  • $ USD
    1.7000
  • € EUR
    2.0012
  • ₽ RUB
    0.0288