DÜNYA

"ING Bank": Avronun məzənnəsi 1,20 dollar həddini ötəcək
27 NOYABR 2017
185

"ING Bank": Avronun məzənnəsi 1,20 dollar həddini ötəcək

2017-11-27 14:35:00

Qlobal bazarda avro möhkəmlənmə trendini davam etdirərək 1,20 ABŞ dolları səviyyəsini ötə bilər.

Fins.az Report-a istinadən xəbər verir ki, bu proqnozla Hollandiya "ING Bank"ının FOREX bazarı üzrə baş eksperti Virac Patel (Viraj Patel) çıxış edib.

Ekspertin sözlərinə görə, investorların avrozonada siyasi qeyri-müəyyənliklə bağlı narahatlıqları sona çatır. Avrozona üzrə müsbət iqtisadi göstəricilər davam edəcək. Patelin proqnozlarına görə, noyabrın 30-da açıqlanacaq avrozona istehlak qiymətləri indeksi artacaq. "ING Bank" bildirib ki, investorlar avrozona üzrə inflyasiya göstəricisini tam qiymətləndirməyiblər. Son zamanlar Almaniya və İspaniyada yaşanan siyasi qeyri-müəyyənliklər bunun qarşısını almağa müvəffəq olub. Lakin, getdikcə siyasi arenada vəziyyət düzəlir, bu da avronun məzənnəsinin artmasına səbəb olacaq.

Qeyd edək ki, bugünkü hərraclarda USD/EUR məzənnəsi son 2 ayın maksimal həddi - 1,1957-ə yüksəlib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0914
  • ₽ RUB
    0.0301