DÜNYA

ABŞ-da antidempinq tədbirləri 61% artıb
22 NOYABR
95

ABŞ-da antidempinq tədbirləri 61% artıb

2017-11-22 11:35:00

 ABŞ Prezidenti Donald Tramp vəzifə səlahiyyətlərinin icrasına başladığı bu il yanvarın 20-dən 77 antidempinq rüsumunun tətbiqinə dair qərar qəbul edib. 

Fins.az xəbər verir ki, yerli istehsalçıları qorumaq məqsədi daşıyan bu tədbirlərin sayı 2016-cı illə müqayisədə 61% çoxdur.

ABŞ hökuməti antidempinqlə bağlı sonuncu dəfə ötən gün qərar verib. Bu ölkənin Ticarət Nazirliyi Rusiya, Belarus və Birləşmiş Ərəb Əmirliklərindən (BƏƏ) idxal olunan polad teli məhsuluna antidempinq rüsumu tətbiq edəcəyini bildirib. Nazirlik bu qərarın sentyabrın 5-dən qüvvəyə mindiyini açıqlayıb. Nəticədə Rusiyadan gələn polad teli məhsuluna 436,8-756,93%, Belarusdan 280,02%, BƏƏ-dən isə 84,1% gömrük rüsumu tətbiq ediləcəyi məlum olub. 

"Milli iqtisadiyyata zərərər gətirə biləcək hər bir ticarət anlaşmasına yenidən baxılaraq müvafiq tədbirlər görüləcək", - nazirlikdən bildirilib. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289