DÜNYA

Berlin “süngər-şəhər”ə çevrilir
15 NOYABR
169

Berlin “süngər-şəhər”ə çevrilir

2017-11-15 11:29:00

Berlin meriyası və şəhər su təchizatı müəssisəsi subasma riskini azaltmaq və kanalizasiya sisteminin üzərinə düşən yükü azaltmaq məqsədilə şəhərdə yağış suyunun səmərəli dövriyyəsi proqramını tətbiq edir. Buna qısaca olaraq “süngər-şəhər” deyilir.

Fins.az xəbər verir ki, bu konsepsiyanın mahiyyəti yağış suyuna köklü şəkildə yeni yanaşmaya gətirib çıxarır. Ənənəvi olaraq şəhərsalma mütəxəssisləri su kütləsini kanalizasiya sisteminə mümkün tez yönəltməyə çalışırdılar. Lakin görünür, kanalizasiya bu yükün öhdəsindən getdikcə daha az gəlir. Çində yaranmış “süngər” konsepsiyası əks yanaşmanı nəzərdə tutur: kollar, ağaclar və damda, fasadda, ictimai yerlərdə olan qazon yağış suyunu özünə çəkir.

Memarlar çoxfunksiyalı ictimai yerlər, məsələn, yağış vaxtı “gölməçəyə” çevrilən uşaq meydançaları və qazonlar planlaşdırırlar. Bu yolla toplanmış yağış suyundan ya yerində buxarlanır, ya da binanın sərinlədilməsi üçün istifadə edilir.

Bu yanaşma Berlinin bir neçə rayonunda artıq reallaşdırılıb. Onlardan ən məşhuru şəhərin mərkəzindəki Potsdam meydanıdır. Oraya düşən bütün yağış suları praktiki olaraq yerindəcə toplanır və kanalizasiya sisteminə bir damcı da su getmir. Şəhərin su təchizatı müəssisəsi bildirir ki, məhz bu cür məhəllələr iyunun sonunda rekord həddə leysanın öhdəsindən gələ bilib.

“Süngər-şəhər” ideyası qlobal iqlim dəyişikliyinin nəticələrinə Berlin infrastrukturunun uyğunlaşdırılması üzrə böyük layihənin bir hissəsidir. Berlində 18 mindən çox yaşıllaşmış dam, o cümlədən şəhər su təchizatı müəssisəsinin binasının damı var. Onun üstünə çıxanda özünü sanki meşə talasında hiss edirsən.

“Süngər-şəhər”in ideoloqlarından biri Xayko Ziker şəhər hidrologiyası üzrə ekspertdir. Onun şirkəti yağış suyunun dövriyyəsi üzrə kompleks həllərin işlənib hazırlanmasında ixtisaslaşıb. O, Almaniya telekanallarının birində iştirak etdiyi proqramda deyib: “Əvvəllər bizi suyu bacardıqca daha tez kanalizasiya sisteminə yönəltməyi öyrədirdilər. İndi aydın olub ki, birincisi, heç bir kanalizasiya sistemi leysanın öhdəsindən gələ bilməyəcək. İkincisi, yağış suyunun kanalizasiyaya ötürülməsi problemi yalnız mürəkkəbləşdirir - su asfalt və betondan zərərli maddələri götürüb şəhər nohurlarına aparır. İqlim dəyişir, kanalizasiya sistemini boşaltmaq zərurəti getdikcə artır”.

Nəticədə bu gün şəhər su kəməri şirkətinin ekspertləri çox erkən mərhələdə tikinti layihələrinin planlaşdırılmasına cəlb edilir və yağış suyunun yerindəcə istifadə olunması həllini təklif edirlər. Şəhər hökumət orqanlarının məqsədi təkcə “süngər-şəhər” konsepsiyasını yeni tikintiyə köçürmək deyil, həm də köhnə məhəllələrin kanalizasiya sistemini modernləşdirməkdir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0032
  • ₽ RUB
    0.0289