DÜNYA

Braziliya OPEC+ anlaşmasına qoşulmaqdan imtina edib
08 NOYABR
134

Braziliya OPEC+ anlaşmasına qoşulmaqdan imtina edib

2017-11-08 14:23:00

Braziliya OPEC+ anlaşmasına daxil olması barədə Səudiyyə Ərəbistanının qeyri-rəsmi təklifindən imtina edib. 

Fins.az Report-a istinadən xəbər verir ki, bu açıqlamanı Braziliya neft-qaz üzrə katibi Marsio Feliks verib.

"Səudiyyə Ərəbistanı Brazliyada neft hasilatının artmasından narahatdır. Biz onlara anlatdıq ki, Braziliya bunu edə bilməz", - M.Feliks Səudiyyə Ərəbistanının energetika naziri Xalid əl-Falihin müşavirinə telefonda cavab verib.

Bu telefon zəngi Braziliyanın şelfində "Şimali Karkar" blokunda hasilatın bölüşdürülməsi üzrə keçirilən tenderin nəticələrinin açıqlanmasından bir neçə gün sonra baş verib.

Xatırladaq ki, Braziliya hazırda 2,65 mln. barel/gün neft hasil edir və bu göstəricinin yaxın 10 ildə 2 dəfə artması imkanları genişdir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+11°C
  • $ USD
    1.7002
  • € EUR
    2.0123
  • ₽ RUB
    0.0291