DÜNYA

İran dollardan bitkoinə keçmək istəyir
03 NOYABR
180

İran dollardan bitkoinə keçmək istəyir

2017-11-03 09:10:00

Virtual kriptovalyutaya keçmək istəyən ölkələr sırasına İran da qatılıb. "Vestifinance.ru" saytı xəbər verir ki, bunu İranın informasiya və kommunikasiya nazirinin müavini Əmir Hüseyn Dəvai "Farsi" qəzetinə müsahibəsində açıqlayıb.

Dəvai bildirib ki, Nazirlik bitkoinin ölkə daxilində istifadəsi üçün infrastrukturun hazırlanmasında bir sıra araşdırmalar aparıb: "Əslində, İranda kriptovalyutanın tətbiqi çox aktualdır. İran çox məmnuniyyətlə dollarla əlaqəli olan maliyyə sistemindən imtina edər". 

Xatırladaq ki, 2013-cü ildə İrana tətbiq edilən sanksiyalar çərçivəsində bu ölkənin bank sistemi "SWIFT" sistemindən çıxarılıb. Bu da dollarla tranzaksiyaların dayanmasına gətirib çıxarıb və nəticədə, İranın neft ixracına böyük zərbə vurub.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0152
  • ₽ RUB
    0.0291