DÜNYA

Xorvatiya avroya keçməyə hazırlaşır
01 NOYABR 2017
196

Xorvatiya avroya keçməyə hazırlaşır

2017-11-01 11:11:00

 2020-ci ildə Avropa İttifaqında (Aİ) sədrliyə başlayacaq Xorvatiya həmin vaxt avro pul vahidinə keçməyi planlaşdırır. 

OTURDUĞUN YERDƏN HƏDİYYƏ QAZAN!

Fins.az Report-a istinadən xəbər verir ki, bu açıqlama ilə Xorvatiyanın Baş naziri Andrey Plenkoviç verib.

Baş nazir bildirib ki, 2020-ci ildə Aİ sədrliyini rotasiya qaydasında qəbul etməsi gözlənilən Xorvatiya avroya keçməklə qlobal miqyasda siyasi və iqtisadi inam qazanacaq.

"Xorvatiyada avroya keçid strategiyası" adlı konfransda çıxış edən A.Plenkoviç deyib ki, Aİ-nin ən gənc ölkəsi olan Xorvatiyanın əsas məqsədi Şengen və avro bölgəsinə girməkdir. Baş nazir konfransda avroya keçməklə daha çox turist və investor cəlb edəcəklərini, onların məzənnə riski ilə üzləşməyəcəklərini vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
  • $ USD
    1.7000
  • € EUR
    1.9828
  • ₽ RUB
    0.0267