DÜNYA

Yeni kreditlərin 54%-i köhnə kreditlərin bağlanmasına yönəldilib – Rusiyada
20 OKTYABR
84

Yeni kreditlərin 54%-i köhnə kreditlərin bağlanmasına yönəldilib – Rusiyada

2017-10-20 13:01:00

Rusiyada bu ilin ilk 8 ayında verilən yeni kreditlərin 50%-dən çoxu mövcud olanların yenidən maliyyələşdirilməsinə yönəldilib. “İzvestiya” qəzetinə istinadən, bu məlumatı Birləşmiş Kredit Bürosu (BKB) yayıb.

“66,5 mln. borcalanın məlumat bazasına əsaslanaraq BKB 2014-cü ildə mövcud kreditləri bağlamaq üçün götürülən yeni kreditlərin 40%, 2015-ci ildə 50%, 2016-cı ildə 52%, bu ilin ilk 8 ayında isə 54% təşkil etdiyini bildirib. Buna səbəb mövcud kreditlərin faiz dərəcəsinin yeni kreditlərlə müqayisədə yüksək olması amili göstərilib”, – deyə qəzet yazır.

Xatırladaq ki, bir qədər əvvəl çıxan məlumata görə, Rusiyada potensial iflas hesab edilən borcun orta məbləği 1,75 mln. rubl və ya 30 170 ABŞ dolları təşkil edir.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+9°C
  • $ USD
    1.7002
  • € EUR
    1.9963
  • ₽ RUB
    0.0287