DÜNYA

ABŞ-ın İrana qarşı yeni strategiyasının əsas istiqamətləri açıqlanıb
13 OKTYABR
163

ABŞ-ın İrana qarşı yeni strategiyasının əsas istiqamətləri açıqlanıb

2017-10-13 17:03:00

ABŞ İranın bölgədə pozucu və təcavüzkar təsirinə, habelə İran İnqilab Keşikçiləri Qvardiyasına qarşı beynəlxalq ictimaiyyəti birlikdə çıxmağa çağırıb.

Fins.az verir ki, bu, Ağ evin yaydığı ABŞ prezidenti Donald Trampın yeni strategiyasının əsas istiqamətlərində bildirilib.

Sənəddə İranın bölgədəki vəziyyətə yönəlik dağıdıcı fəaliyyətinin neytrallaşdırılması, onun terrorçuluğu və qanunsuz silahlıları dəstəkləməsi vurğulanıb.

Qvardiyanın zərərli fəaliyyətinin maliyyələşdirilməsinə, “İran xalqının sərvətinin güc tətbiqi yolu ilə əlindən alınmasına qarşı çıxılması” da sənəddə öz əksini tapıb: “Biz İnqilab Keşikçiləri Qvardiyasının insan haqlarını kobud şəkildə pozmasını mühakimə edirik”.

Qeyd edək ki, oktyabrın 13-də Bakı vaxtı ilə saat 20:45-də ABŞ prezidenti Donald Tramp ABŞ-ın İranla bağlı yeni strategiyasını açıqlayacaq. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296