DÜNYA

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılacaq
13 OKTYABR
83

Türkiyədə fövqəladə vəziyyət rejimi daha üç ay uzadılacaq

2017-10-13 14:14:00

Türkiyədə fövqəladə vəziyyət rejiminin daha üç ay uzadılacağı gözlənilir.

Fins.az Report-a istinadən xəbər verir ki, bunu hakim Ədalət və İnkişaf Partiyasının (AKP) Türkiyə Böyük Millət Məclisindəki fraksiyasının başçısı Mustafa Elitaş bildirib.

Onun sözlərinə görə, fövqəladə vəziyyət rejiminin uzadılması məsələsi oktyabrın 16-də Milli Təhlükəsizlik Şurasının toplantısında müzakirə olunacaq: “Qərar Nazirlər Kabinetində qəbul olunduqdan sonra parlamentdə müzakirə ediləcək”.

Qeyd edək ki, Türkiyədə fövqəladə vəziyyət rejimi 2016-cı il iyulun15-də dövlət çevrilişinə cəhddən sonra tətbiq olunub.  

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+16°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296