DÜNYA

OPEC-dən ABŞ-a neftlə bağlı çağırış
10 OKTYABR
286

OPEC-dən ABŞ-a neftlə bağlı çağırış

2017-10-10 15:46:00

OPEC-in baş katibi Məhəmməd Barkindo ABŞ-da şist neft hasil edən şirkətləri neft bazarında artıq ehtiyatları tənzimləmək üçün hasilatı azaltmağa çağırıb. 

Fins.az Report-a stinadən xəbər verir ki, bunu M.Barkindo Nyu-Dehlidə keçirilən "Cera week" konfransında deyib.

"Şimali Amerikadan olan dostlarımızı məsuliyyəti bizimlə tam bölüşmək üçün işin ciddiyətini tam anlamağa çağırıram. Neft bazarında artıq ehtiyatlar var", - deyə OPEC başçısı qeyd edib.

M.Barkindo həmçinin Amerikadan başqa digər neft hasil edən ölkələrin də hasilatı azaldacağına ümid etdiyini bildirib.

Qeyd edək ki, ABŞ-da bu ilin sonuna qədər şist neft hasilatının artması hesabına məcmu hasilatın 10 mln. barel/günü keçəcəyi gözlənilir. Hazırda ABŞ-da gündəlik neft hasilatı 9,56 mln. barel təşkil edir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+8°C
  • $ USD
    1.7001
  • € EUR
    1.9983
  • ₽ RUB
    0.0287