DÜNYA

Neft satışını rekord həddə azaltmağa hazırlaşır
10 OKTYABR
109

Neft satışını rekord həddə azaltmağa hazırlaşır

2017-10-10 09:47:00

Səudiyyə Ərəbistanının "Saudi Aramco" dövlət neft şirkəti öz müştəriləri üçün neft satışını noyabr ayında ciddi şəkildə azaltmağa hazırlaşır. 

Fins.az  xəbər verir ki, bu məlumat Səudiyyə Ərəbistanının Energetika Nazirliyi tərəfindən verilib.

"Saudi Aramco"nun noyabr ayında müştərilərinə 7,15 mln. barel/gün neft satmağı planlaşdırdığı bildirilir. Bu, nəzərdə tutulan həcmdən 0,55 mln. barel/gün və ya 7,14% azdır. Qeyd edək ki, sentyabr ayında Səudiyyə Ərəbistanı ixrac həcmini 6,7 mln. barel/günə qədər azaldıb.

Səudiyyə Ərəbistanı və Rusiya neft bazarında sabitliyin təmin edilməməsi durumunda 2018-ci ilin aprel ayından etibarən OPEC+ neft hasilatının azaldılması anlaşmasının uzadılmasını dəstəklədiklərini bəyan ediblər.

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+13°C
  • $ USD
    1.7001
  • € EUR
    2.0087
  • ₽ RUB
    0.0296