DÜNYA

Qətərin kredit reytinqi azalıb
28 AVQUST
157

Qətərin kredit reytinqi azalıb

2017-08-28 15:04:00

“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Qətərin kredit reytinqini azaldıb.

Bu barədə “Fitch” məlumat yayıb. Bildirilir ki, agentlik Qətərin kredit reytinqini bir pillə azaldaraq “AAA” səviyyəsindən “AAA-”yə endirib. Buna səbəb kimi Qətərin qonşu ölkələr ilə diplomatik əlaqələrində yaranan problemlər göstərilib. “Fitch Ratings” “Qətər böhranı”nın yaxın gələcəkdə həll olunmayacağı qənaətindədir.

Səudiyyə Ərəbistanının və bəzi ölkələrin Qətərə qarşı sanksiyalar tətbiq etdiyinə işarə edən “Fitch Ratings” ölkənin geosiyasi risklər ilə üz-üzə qaldığını bildirib. Bildirilir ki, böhran ən çox ölkənin nəqliyyat və turizm sektoruna təsir edəcək.

“Fitch” hesab edir ki, 2016-cı ildə 2,2 faiz iqtisadi artım olan ölkədə bu il həmin göstərici 2 faiz, 2018-2019-cu illərdə isə 1,3 faiz artacaq.

©Marja

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+24°C
  • $ USD
    1.7008
  • € EUR
    2.0342
  • ₽ RUB
    0.0294