DÜNYA

“OMV” neft-qaz şirkəti ilin ikinci rübündə 662 milyon avro qazanıb
10 AVQUST
160

“OMV” neft-qaz şirkəti ilin ikinci rübündə 662 milyon avro qazanıb

2017-08-10 15:05:00

Avstriyanın “OMV” neft və qaz şirkəti bu ilin ikinci rübündə 662 milyon avro mənfəət əldə edib.

Analitiklər isə şirkətin 644 milyon avro mənfəət əldə edəcəyini gözləyirdilər.

“OMV” bu il üçün “Brent” markalı xam neftin bir barrelinin orta qiymətinin 55 dollar olacağını proqnozlaşdırır.

Türkiyədə 100 faizlik səhmdarı olduğu “OMV Petrol Ofisi A.Ş.” şirkətinin yanacaqdoldurma şəbəkəsini Hollandiyanın enerji şirkəti “Vitol Group”a satan “OMV” bu satışdan 0,88 milyard avro qazanıb.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+29°C
  • $ USD
    1.7009
  • € EUR
    2.0075
  • ₽ RUB
    0.0288