DÜNYA

“Forbes” ən çox gəlir əldə edən yazıçıların siyahısını açıqlayıb
08 AVQUST
157

“Forbes” ən çox gəlir əldə edən yazıçıların siyahısını açıqlayıb

2017-08-08 09:39:00

“Forbes” dünyanın ən çox gəlir əldə edən yazıçılarının siyahısını açıqlayıb.

Fins.az xəbər verir ki, siyahıya Harri Potter haqqında silsilə kitabların müəllifi Coan Roulinq başçılıq edib. Jurnalın verdiyi məlumata görə, o, son 12 ayda 95 milyon ABŞ dolları qazanıb. Yazıçının ümumi varidatı 650 milyon dollar qiymətləndirilir.

İkinci yeri inspektor Aleks Kross haqqında silsilə romanların müəllifi Ceyms Patterson tutub. İl ərzində o, 87 milyon dollar qazanıb. Siyahıda daha sonrakı yerləri “Fərsizin (əfəl, zəif) gündəliyi” məşhur kitabı ilə Ceff Kini, “Da Vinçi şifrəsi” və “Mələklər və şeytanlar” bestellerlərinin müəllifi Den Braun tutur. Bu onluğa, həmçinin Stiven Kinq (15 milyon dollar), Con Qrişem, Nora Roberts və “Qatarda qız”ın müəllifi Pola Hokins daxildir.

© Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+32°C
  • $ USD
    1.7008
  • € EUR
    1.9988
  • ₽ RUB
    0.0288