DÜNYA

Dollar ucuzlaşdı – FED TƏLƏSMİR
12 İYUL
1538

Dollar ucuzlaşdı – FED TƏLƏSMİR

2017-07-12 09:35:00

ABŞ Mərkəzi Bankı FED-in idarə heyətinin üzvlərindən Lael Brainard, bankın yaxın zamanda balansı azaltmağa başlamasını dəstəklədiyini deyib. Fins.az  xəbər verir ki, Brainard, inflyasiyanın diqqətlə izləyəcəyini və növbəti dəfə  faizi artırmaq üçün inflyasiyaya baxılacağını dilə gətirib. 

Həmçinin Brainard, FED-in faiz artırmaq məsələsində diqqətli hərəkət ediləcəyini bildirib.

Dollar,  Lael Brainardın "göyərçin" açıqlamalarının ardından ucuzlaşıb. 
FED-in faiz artırmaqda təmkinli olacağının açıqlanması ilə  ABŞ Dolları G-10 pullarının biri istisna olmaqla hamısı qarşısında dəyərdən düşüb. Bakı vaxtı ilə saat 08:30-a olan məlumata görə, Dollar Avro qarşısında 1%-dək ucuzlaşıb və Avro/Dollar məzənnəsi 1.1486-ya çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+37°C
  • $ USD
    1.7017
  • € EUR
    1.9590
  • ₽ RUB
    0.0288