DÜNYA

Rusiyada sığorta şirkətləri sağlamlaşdırılacaq
10 İYUL
304

Rusiyada sığorta şirkətləri sağlamlaşdırılacaq

2017-07-10 17:42:00

Rusiya prezident Vladimir Putin hökumətə Rusiya Bankı (Mərkəzi Bank) ilə birlikdə ölkədəki sığorta şirkətlərinin sağlamlaşdırılmasını nəzərdə tutan mexanizmin hazırlanmasını tapşırıb.

Fins.az xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.

Məlumata görə, dövlət başçısı bunun üçün noyabra qədər vaxt verib. Hökumət 4 aya yaxın vaxt ərzində sığortaçıların sağlamlaşdırılması ilə bağlı ölkə qanunvericiliyində dəyişikliklərin olunmasını təmin etməli, bu məsələdə kredit təşkilatları ilə bağlı təcrübəni əsas götürməlidir.

Tapşırığın icrasında Rusiyanın baş naziri Dmitri Medvedev və Rusiya Bankın sədri Elvira Naibullina şəxsən cavabdehdirlər. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+26°C
  • $ USD
    1.7012
  • € EUR
    1.9783
  • ₽ RUB
    0.0289