DÜNYA

Almaniyada varlılar daha çox vergi ödəyə bilər – TƏKLİF
10 İYUL
389

Almaniyada varlılar daha çox vergi ödəyə bilər – TƏKLİF

2017-07-10 10:25:00

Almaniyanın Sosial-Demokratlar Partiyası bəyan edib ki, partiya tərəfindən varlı vətəndaşları daha çox vergi ödəməyə məcbur etmək planlaşdırılır - bununla da, əhalinin nisbətən kasıb təbəqəsinin vergi yükünü azaltmaq mümkündür.

Fins.az “vergiler.az” saytına istinadla bildirir ki, analitiklərin rəyinə görə, partiya bu vədi verməklə payızda keçiriləcək seçkilərdə fəhlə sinfindən daha çox səs toplayacağına ümid edir.

Partiyanın lideri Martin Şults qeyd edib ki, “Biz aşağı və ortagəlirli vətəndaşların vergi yükünü yüngülləşdirəcək və onların ailələrini dəstəkləyəcəyik. Almaniyada varlılardan tutulan vergilərin artırılması yalnız öz ölkəmiz üçün deyil, həm də bütün Avropa üçün faydalıdır”.

Partiyanın başqa bir təklifi isə il ərzində 250 min avro və daha artıq qazananlar üçün xüsusi yığım dərəcəsini hazırkı 45 faizdən 48 faizə qaldırmaqdır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7007
  • € EUR
    2.0421
  • ₽ RUB
    0.0293