DÜNYA

Qlobal valyutanın yaradılması təklif olunur
16 İYUN
675

Qlobal valyutanın yaradılması təklif olunur

2017-06-16 16:07:00

Dünyada valyuta müharibələrinə son vermək üçün qlobal valyutanın yaradılması təklifi irəli sürülüb. 

Fins.az RİA "Novosti" agentliyinə istinadən xəbər verir ki, belə bir təkliflə Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Astanada keçirilən iqtisadi forumda çıxış edib.

"Beynəlxalq hesablaşma-ödəniş vahidinin yaradılması məsələsinə ciddi şəkildə baxılmasının vaxtı çatıb. Vahid valyuta bizə ticarət münasibətlərində disbalansın aradan qaldırılması, valyuta bazarında volatilliyin azaldılmasına kömək edəcək", - N.Nazarbayev bildirib.

"Rəqəmsallaşmanın və blokçeyn texnologiyasının inkişaf etməsi yaradılacaq vahid valyutanın kriptovalyuta şəklində olması imkanı yaradır. Vacib olan odur ki, yeni valyuta inam əsasında deyil, konkret aktivlərlə təmin olunmaqla yaradılsın", - dövlət başçısı vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+23°C
  • $ USD
    1.7022
  • € EUR
    1.8999
  • ₽ RUB
    0.0285