DÜNYA

Tramp bazarları qarışdırdı – GÜNÜN HADİSƏLƏRİ
23 NOYABR
1478

Tramp bazarları qarışdırdı – GÜNÜN HADİSƏLƏRİ

2016-11-23 16:52:00

Dow Jones indeksi tarixi rekordunu təzələyib

ABŞ-ın fond bazarının əsas indeksləri artıb:  S&P 500 indeksi 2202,94 pilləyə, Dow Jones isə 19 023,87 pilləyə yüksəlib. Beləliklə, Dow Jones mövcud olduğu dövr ərzində, yəni 1896-cı ilin may ayından indiyədək ən yüksək həddə çatıb. Fond bazarındakı artımın səbəbi ABŞ-ın yeni seçilmiş prezidenti Trampın vergiləri azaldacağı və infrastruktura investisiyaları artıracağı ilə bağlı bəyanatlarıdır. 

Tramp vədlərinə «düzəlişlər» edir

ABŞ-ın seçilmiş prezidenti Donald Tramp seçki prosesində verdiyi bəzi əsas vədlərindən imtina edib. Belə ki, o vəd etdiyi kimi, Klintonu məhkəməyə verməkdən, iqlim dəyişikliklərini inkar etməkdən və ultrasağ hərəkatı dəstəkləməkdən imtina edib. Bundan başqa, Tramp Rusiya ilə əlaqələrin əvvəlcədən elan etdiyi kimi tamamilə yenidənməsini yox, sadəcə normallaşdırılmasını elan edib. 

Facebook  senzuraya başlayır

Facebook sosial şəbəkəsi Çin bazarına qayıtmanq üçün senzura alətləri tətbiq etməyə başlayıb. Şirkət ümid edir ki, yeni alətlər imkan verəcək ki, 7 illik qadağadan sonra Facebook Çin bazarına qayıtsın. Belə ki, şirkətin yeni proqramm təminatı üçüncü tərəfə (yəni Çin hakimiyyətinə) imkan verəcək ki, məlumatları senzura edə və poza bilsin. 

Hewlett-Packard geriləyir

2016-cı ildə Hewlett-Packard  şirkətinin gəlirləri 6% azalaraq, 48,2 mlrd. dollara düşüb. 4-cü rübdə şirkətin gəlir göstəricisi 12,5 mlrd dollar olub. Nəticədə şirkətin hər səhminə düşən gəlir 0,36 dollara düşüb. Hewlett Packard Enterprise şirkətinin gəlirləri isə 4-cü rübdə 7% azalaraq 12,5 mlrd. dollara düşüb. Bu şirkət korporativ şirkətlərə məlumat arxivi xidməti göstərir.  

Toyota 838 min maşını geri çağırır 

Toyota şirkəti 838 min Sienna  minivenini geri çağırıb. Buna səbəb maşının hərəkət edən qapılarındakı defektdir. Geri çağrılan avtomobillərin 744 mini ABŞ-da, 4 mini isə Cənubi Koreya və Tayvandadır. Maşınlarda problem ondadır ki, avtomobilin qapıları maşın hərəkətdə olanda açıla bilər. 

Telegram-dan  Telegraph xidməti

Telegram şirkəti Telegraph xidmətini istifadəyə verib. Yeni servis Medium bloq-platformasına oxşayır. Amma Medium-dan fərqli olaraq burada registrasiya tələb olunmur və daha az imkanlar var. Məsələn, Telegraph-dakı yazılara video, tvit və digər kontent yerləşdirmək olar. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274