DÜNYA

Ən çox maaş alan dünya liderləri
15 NOYABR
590

Ən çox maaş alan dünya liderləri

2016-11-15 18:02:00

Ən çox maaş alan dünya liderlərinin adları açıqlanıb. Fins.az xarici KİV-ə istinadən xəbər verir ki, siyahıya liderliyi ABŞ prezidenti illik 400 min dollarlıq gəlirlə edib. Reytinqdə ikinci yerdə Kanada baş naziri Castin Tryudodur. Onun illik məvacibi 260 min dollar təşkil edir. Almaniya kansleri Angela Merkel isə 234 min dollarla Avropanın ən çox maaş alan lideri olub.

Növbəti yerlərdə Cənubi Afrika Respublikası prezidenti (223 min dollar), Böyük Britaniya baş naziri Tereze Mey (215 min dollar), Fransa dövlət başçısı Fransua Olland (194 min dollar) sıralanıb.

Siyahıda 9-cu yerdə illik 136 min dollarlıq gəlirlə Rusiya prezidenti Vladimir Putin qərarlaşıb. İtaliya baş naziri Matteo Rentsi isə 125 min dollar maaşla ilk onluğa düşə bilib.

qafqazinfo.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275