DÜNYA

Donald Trampın otellərində sifarişlər artıb
15 NOYABR
573

Donald Trampın otellərində sifarişlər artıb

2016-11-15 08:55:00

Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra  onun otellərinə tələbat artıb. Fins.az -ın New York Post-a istinadən verdiyi məlumata görə, artıq bəzi müştərilər məhz Donald Trampa məxsus otellərdə qalmaq istəyirlər. Belə ki, seçkilər ərəfəsində milyarder Trampın otellərində kifayət qədər boş nömrələrin olduğu halda, o prezident seçildikdən sonra bron edilən otaqların sayı dəfələrlə artıb.

Həmçinin Ağ Evdən elə də çox uzaqda olmayan “Trump International Hotel Washington DC” otelində bron edilən nömrələrin sayı 20 faiz artıb. Belə ki, yanvar ayının həftə sonlarına mehmanxanada boş yer qalmayıb. Qeyd edək ki, bu oteldə yeni prezidentin inaqurasiya mərasimi keçiriləcəkdir. 

Donald Trampa məxsus  “Trump International Hotel & Tower New York” otelində 18 faiz “Trump Soho New York” otelində isə 15 faiz müştərilərin artdığı bildirilir.

Qeyd edək ki, bir müddət əvvəl bildirilirdi ki, Nyu-York şəhərində “Tramp –tower “nin varlı sakinləri Donald Trampın prezident seçilməsi  ilə əlaqədər etiraz edənlərin əlindən təngə gəldikləri bildirilirdi

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272