DÜNYA

ABŞ-dakı seçkilərdən 35 milyard dollar qazanıblar
10 NOYABR
551

ABŞ-dakı seçkilərdən 35 milyard dollar qazanıblar

2016-11-10 08:54:00

Dünyanün varlı adamları ABŞ-da keçirilən prezident seçkilərindən 35 milyard dollar qazanıblar. Fins.az-ın məlumatına görə, bu, ayrı-ayrı namizədlərin qalib gəlib gəlməyəcəyi ilə bağlı pronqnozlara birjaların reaksiyası nəticəsində mümkün olub. Təkcə noyabrın 7-də, seçkilərdən bir gün əvvəl  Hillari Klintonun guya qalib gələcəyi ilə bağlı proqnozların birjaya təsirindən investorlar böyük məbləğ əldə ediblər.  

Belə ki, həmin proqnozdan sonra «Bloomberg Billionaires Index»i ötən həftənin son ilə müqayisədə 0,8% artaraq 4,4 trilyon dollara çatıb. 

Üstəlik, FBR-in Klintonun işini araşdırmağı dayandırmasından sonra dollarda kəskin yüksəlmişdi. 

Qeyd edək ki, «Bloomberg»in milyarderlər siyahısına salınanların 3-də biri ABŞ vətəndaşıdır. Və məhz onlar noyabrın 7-də 22 milyard dollar qazanıblar. Belə ki, dünyanın üçüncü ən vardı adamı (68,2 milyard dolları var) «Amazon»un sahibi Cef Bezosbr günə 2,6 milyard dollar qazanıb. 4-cü varlı adam Uo¬r¬ren Baf¬fett (66 milyard dolları var)valyuta bazarındakı enmə və qalxmalardan 1,5 milyard dollar qazanıb. 

Ümumilikdə indeksə daxil olan 118 milyarder bir gün ərzində 100 milyon dollar varlanıb. Hətta Meksikanın ən varlı adamı te¬le¬kom-maq¬nat Kar¬los Slim də, Tramın guya uduzacağı barədə proqnozlardan sonra meksika pesosunun dollar qarşısında artımından 2,5 milyard dollar qazanıb. Dünyanın ən varlı adamı, Bill Qeyts (86,3 milyard dollar ) isə noyabrın 7-də 1,5 milyard dollar qazanıb. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275