DÜNYA

Səudiyyə Ərəbistanı OPEC-i neftlə - HƏDƏLƏYİB
04 NOYABR
747

Səudiyyə Ərəbistanı OPEC-i neftlə - HƏDƏLƏYİB

2016-11-04 18:48:00

Səudiyyə Ərəbistanı Neft İxrac edən Ölkələr Təşkilatını (OPEC) öz neft hasilatını artırmaqla hədələyib.

Fins.az “Reuters”ə istinadla xəbər verir ki, OPEC-ə üzv ölkələrin oktyabrın 28-29-da Vyanada keçirdikləri yığıncağın iştirakçılarının söylədiklərinə görə, Səudiyyə Ərəbistanı İranın neft hasilatını azaltmayacağı təqdirdə öz neft istehsalını gündəlik 11 milyon barreldən 12 milyon barrelə qədər artırmaqla hədələyib.

Səudiyyə Ərəbistanı nümayəndələri İranın neft istehsalını gündəlik 3,66 milyon barrel səviyyəsində “dondurması”nın vacibliyini bildiriblər.

OPEC, İran və Səudiyyə Ərəbistanı nümayəndələri məsələ ilə bağlı “Reuters”ə hər hansı şərh verməyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270