DÜNYA

London məhkəməsi “Brexit”i qadağan etdi
03 NOYABR
389

London məhkəməsi “Brexit”i qadağan etdi

2016-11-03 14:11:00

Bu gün London Yüksək Məhkəməsi Böyük Britaniya hökumətinin Avropa İttifaqından çıxmaq (Brexit) proseduruna başlamasını qadağan edən qərar qəbul edib.

Məhkəmənin qərarına əsasən hökumət Lissabon müqaviləsinin 50-ci maddəsini müstəqil şəkildə həyata keçirmək hüququna malik deyil və bunun üçün parlamentin qərarı lazımdır. 

Hökumətin bu qərardan apellyasiya şikayəti verəcəyi bildirilir.

Məhkəmənin qərarından sonra funt-sterlinqin məzənnəsi yüksəlib.

Baş nazir Tereza Mey parlament səsverməsi keçirmədən 2017-ci il martın sonlarına qədər Lissabon müqaviləsinin 50-ci maddəsi əsasında Aİ-dən çıxmaq proseduruna başlayacağını açıqlamışdı. Məhkəmənin qərarı isə “Brexit”in başlama müddətini gecikdirə bilər.    

Xatırladaq ki, bu ilin iyun ayında Böyük Britaniyada Avropa İttifaqından çıxmaq barədə referendum keçirilib. Səsvermədə iştirak edənlərin 51,9 faizi “Brexit”in lehinə, 48,1 faizi isə əleyhinə səs verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272