DÜNYA

Tramp Klintonu keçdi –SORĞU NƏTİCƏLƏRİ
02 NOYABR
246

Tramp Klintonu keçdi –SORĞU NƏTİCƏLƏRİ

2016-11-02 13:25:00

ABŞ-da prezident seçkisinə bir həftə qalmış Donald Tramp seçicilər arasına populyarlığına görə rəqibi Hillari Klintonu üstələməyə başlayıb.

ABC telekanalının və “Washington Post” qəzetinin sifarişi əsasında aparılmış sorğunun nəticələrinə əsasən, respublikaçı namizədə səs verməyə hazır olan seçicilərin sayı demokratların namizədini dəstəkləyənləri 1 faiz üstələyir.

ABŞ-ın hazırkı prezidenti isə seçki kampaniyasının son günlərində populyarlığını getdikcə itirən Hillari Klintonu dəstəkləməkdə davam edir. Barak Obama noyabrın 1-də namizədlər haqqında danışarkən bir daha Donald Trampın ali baş komandan postuna yararlı olmadığını deyib.

Sosioloqlar Federal Təhqiqatlar Bürosunun Hillari Klintonun elektron yazışmaları barədə təhqiqatı bərpa etməsindən sonra seçicilərin rəylərinin dəyişdiyini vurğulayırlar.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272