DÜNYA

Ərinə sübut edə bilmədi – MİLYON UDDU
01 NOYABR
473

Ərinə sübut edə bilmədi – MİLYON UDDU

2016-11-01 11:17:00

ABŞ-da qadın həyat yoldaşına lotereyaya xərclənən pulun boşuna hədər getdiyini sübüt etmək üçün ona ən ucuz bilet alıb. Həmin bilet isə kişiyə 1 milyon dollar uduş gətirib.

Fins.az-ın verdiyi xəbərə görə, Şimalı Karolinadan olan qadın ərinə qənaət etmək üçün bahalı lotereya biletinin alışına icazə verməyib. Və ona lotoreya oyunlarının zərər verdiyini sübüt etmək üçün uduşa minimal şansı olan ucuz bilet alıb.

Bilet isə ona milyon dollarlıq uduş gətirir. Bundan sonra qadın sözlərini geri götürür.

“Mən sözlərimi geri alıram və xoşbəxtəm”.

Vergini çıxmaqla ailə 416 min dollar əlinə alıb. Onlar bu pulları torpaq sahəsinin alışına və nəvələrinin təhsilinə xərcləcəyini söyləyiblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274