DÜNYA

Dünyanın ən ekstremal bankomatları
19 OKTYABR
322

Dünyanın ən ekstremal bankomatları

2016-10-19 10:59:00

Ola bilsin, gələcəkdə nağd puldan istifadə etməyi tamamilə dayandıracağıq və bankomatlar artıq vacib ödəniş infrastrukturu rolunu oynamayacaq. Lakin hələ ki, bankomatdan dünyanın ən ucqar ərazilərində belə istifadə olunur. Antarktidadan tutmuş Avstraliya səhralarına qədər.

İlk bankomat 1967-ci ildə Enfilddə Barclays bankda peyda olub. Con Şeperd-Barron-un ixtirası olan bu bankomat ilk vaxtlar plastik kartlar qəbul etmirdi. Nağd vəsaitləri isə xüsusi çeklər vasitəsilə əldə etmək mümkün idi.

Hazırda dünyada mövcud olan bankomatların sayı 3 milyondan çoxdur. Bankomat istehsalçıları assosiasiyası ATM quraşdırmaq üçün dünyanın ən ekstremal məkanlarını təqdim edib.

1.Wells Fargo bankının bankomatları Cənub qütbünün yaxınlığında Mak-Merdo stansiyasının içərisində quraşdırılıb. Bu bankomatlar 1000-ə yaxın əhalini pul vəsaitləri ilə təmin edir

1
1
11
11

2. Baffin torpağında yerləşən Arctic Moolah bankomatı 800 sakinə xidmət edir.

2
2

3. Bu bankomatlar isə Avtraliya səhrasında Tjuntjuntjara aborigen icmasına xidmət edir. Bu yaşayış məskəni Perta-dan 1150 km uzaqlıqda yerləşir. Bankomat ayda təqribən 500 tranzaksiya həyata keçirmək üçün peyk əlaqəsindən istifadə edir.

3
3

Həmçinin dünyanın ən ekstremal ərazilərində yerləşən bankomatlar sırasına Hunza dərəsi (Pakistan) və Çində “Qadağan olunmuş şəhər” saray kompleksi də daxildir.

4
4

 

Mənbə: Banker.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270