DÜNYA

Bank müdürləri yüksək gəlirlərinə görə cəzalandırılacaq
07 OKTYABR
610

Bank müdürləri yüksək gəlirlərinə görə cəzalandırılacaq

2016-10-07 10:12:00

İranda yüksək əmək haqqı aldıqlarına görə 397 bank müdürləri məhkəmə qarşısına çıxacaq. Qeyd edək ki, bu banklar hakimiyyətin nəzarəti altında olan banklardır.  

Fins.az-ın xarici KİV-lərə istinadən xəbər verir ki, bəzi dövlət banklarının rəhbərləri ayda 622 milyon rial (20 min dollar) qazanırlar, halbuki İslam Respublikasında dövlət qulluqçusunun orta aylıq əmək haqqısı 400 dollar təşkil edir.

Bununla bağlı İran parlamentinin spikeri Ali Laridjani bəzi şəxslərin dövlətin hesabına varlanmağının qarşısını almaq üçün fundamental islahatlara ehtiyac olduğunu bildirib.

Həmçinin o, İran rəsmilərin hədsiz yüksək əmək haqqı ödənişlərinə xərclənən 50 millyard rialın ölkə xəzinəsinə qaytarıldığını bildirib. AFP Agentliyi xatırladır ki, İranın səlahiyyətli dövlət xadimlərinin əmək haqqları ilə bağlı qalmaqal hələ 2016-cı ilin may ayından başlayıb və mətbuat böyük ifşaedici məqalələrin sayı daha da artıb. Açıqlamalara əsasən, İranın dövlət banklarının rəhbəri bonuslarla birlikdə ayda 60 min dollar qazanırmış. Nəticədə İran başçısı bəzi dövlət şirkətlərinin rəhbərlərini işdən azad edib, eləcə də dövlət investisiya fondunun başçılarını istefaya göndərib. 

Hazırda hökümət maaşların yuxarı həddini 189 milyon rial səviyyəsində müəyyən edib. Siyasətçilər üçün bu göstərici 100 milyon rial civarındadır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8297
  • ₽ RUB
    0.0270