DÜNYA

İki sakindən birinin vergi borcu var
10 SENTYABR 2016
470

İki sakindən birinin vergi borcu var

2016-09-10 11:57:00

Yunanıstanın Dövlət Gəlirləri Katibliyinin nəşr etdiyi hesabata görə, ölkədə iki sakindən birinin vergi borcu var.

“vergiler.az” saytı bildirir ki, bu borc gəlir və əmlak vergilərini əhatə edir.

Sənəddə göstərilir ki, 4 milyondan artıq vergi ödəyicisi vergi orqanlarına olan borclarını ödəyə bilməyib. Vergi müfəttişliyi vəziyyəti nəzərə alaraq, 1 milyon 492 min 88 vətəndaşa qarşı yaxın zamanlarda icbari cəza tədbirlərinə əl atmağı planlaşdırır.

Hesabatda qeyd olunub ki, vaxtı keçmiş ödənişlərin məbləği artıq 6,8 milyard avroya çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+19°C
  • $ USD
    1.7022
  • € EUR
    1.9015
  • ₽ RUB
    0.0283