DÜNYA

Böyük Britaniya Bankının uçot faiz dərəcəsi tarixi minimuma düşüb
07 SENTYABR
175

Böyük Britaniya Bankının uçot faiz dərəcəsi tarixi minimuma düşüb

2016-09-07 14:29:00

"Reuters" xəbər agentliyinin çərşənbə axşamı apardığı sorğuya əsasən 59 iqtisadçının 57-i Böyük Britaniya Mərkəzi Bankının sentyabr ayının 15-də faiz dərəcəsini azaltmayacağını proqnozlaşdırlar. Lakin faiz dərəcəsinin noyabr ayında azaldılacağı ehtimalı 55%-dir. Böyük Britaniyalılar iyun ayının 23-ü baş tutan referendumda Avropa Birliyindən çıxmağın xeyrinə səs vermişdilər. Böyük Britaniya Bankının uçot faiz dərəcəsi isə 0.25% ilə 320 il bundan əvvəl yarandığın gündən etibarən tarixi minimum səviyyəsindədir.

Mərkəzi Bank və mütəxəssislər ölkənin gələcək iqtisadi vəziyyəti ilə bağlı yaranmış qeyri-müəyyənliklərin investisiyaların azalmasına və beləliklə, iqtisadiyyatın zəifləməsinə səbəb olacağından narahatdırlar. Lakin sənaye sektoru ilə yanaşı, xidmət sektorunda da aparılan sonuncu sorğuların nəticəsi olaraq, vəziyyətin avqust ayında yaxşıya doğru dəyişdiyi müşahidə olunur.

Mənbə: Invest.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272