DÜNYA

Mikromaliyyə təşkilatları bağlana bilər - RUSİYA
07 SENTYABR
159

Mikromaliyyə təşkilatları bağlana bilər - RUSİYA

2016-09-07 09:51:00

Rusiya Mərkəzi Bankı (RMB) bu ilin sonuna qədər 600 mikromaliyyə təşkilatını bazardan kənarlaşdırmaq niyyətindədir. Fins.az "Report"a istinadən xəbər verir ki, buna səbəb onların davamlı şəkildə öz fəaliyyəti barədə RMB-yə hesabat verməməsidir.

Xatırladaq ki, hazırda Rusiyada 3 285 mikromaliyyə təşkilatı fəaliyyət göstərir. Rusiya qanunvericiliyinə görə, onlar kiçik sahibkarlara (fərdi iş adamlarına), eləcə də vətəndaşlara 1 mln. rubldan (15,6 min ABŞ dolları) çox olmamaq şərti ilə borc verə bilərlər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272