DÜNYA

ABŞ fövqəladə vəziyyət rejimini daha bir il uzatdı
31 AVQUST
246

ABŞ fövqəladə vəziyyət rejimini daha bir il uzatdı

2016-08-31 10:48:00

ABŞ prezidenti Barak Obama 11 sentyabr 2001-ci il terror aktlarından sonra ölkədə elan edilən fövqəladə vəziyyət rejimini bir il uzadıb.

Fövqəladə vəziyyət rejiminin müddətinin uzadılması ölkədə terror aktı təhlükəsinin indiyədək qalması ilə əlaqədardır. Hazırkı rejimin müddəti 2016-cı ilin sentyabrın 16-da başa çatacaqdı.

Qeyd edək ki, “Əl-Qaida” terror təşkilatının üzvü olan 19 terrorçu müxtəlif istiqamətlərdə hərəkət edən 4 sərnişin təyyarəsini ələ keçirərək müxtəlif obyektlərə doğru yönəldiblər. Təyyarələrdən ikisi Nyu-Yorkda yerləşən Dünya Ticarət Mərkəzinin göydələnlərinə çırpılıb. Terrorçular daha bir təyyarəni Pentaqonun əsas binasına yönəldiblər. Dördüncü təyyarə isə Pensilvaniya ştatı ərazisində yerə düşüb. Ümumilikdə terror aktları nəticəsində 3 mindən çox adam ölüb. 11 sentyabr hadisələri ABŞ-ın xarici siyasətində köklü dəyişikliyə səbəb olub. Məhz bu hadisələrdən sonra rəsmi Vaşinqton beynəlxalq terrorizmə qarşı mübarizəni öz xarici siyasət kursunun əsas prioritet istiqaməti elan edib.

Mənbə: Azərtac

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272