DÜNYA

Ukraynanın Antiinhisar Komitəsi SOCAR-a qarşı iddiaya baxdı
26 AVQUST
182

Ukraynanın Antiinhisar Komitəsi SOCAR-a qarşı iddiaya baxdı

2016-08-26 14:55:00

Ukraynanın Antiinhisar Komitəsi (AMKU) "VOG AERO JET" şirkətinin SOCAR-ın Ukraynadakı törəmə şirkəti olan "SOCAR Ukrayna" Ticarət Evi"nə qarşı şikayətini təmin etməyib.

Fins.az xəbər verir ki, bu barədə AMKU-nun dövlət səlahiyyətlisi Svetlana Panaotidi deyib.
 
Onun sözlərinə görə, "VOG AERO JET"in Ukrayna Dəmir Yolları tərəfindən yanacağın alınması prosedurunda qanunsuzluq hallarının olması ilə bağlı qaldırdığı iddia araşdırılıb. Ərizəçinin dəlilləri müştəri tərəfindən təmin edilmiş materiallarla təkzib edilib. Şikayət rədd edilib".
 
S. Panatoidi həmçinin vurğulayıb ki, "VOG AERO JET" şirkətinin bu qərarla razılaşmasa,  məhkəmə qaydasında şikayət verə bilər.
 
Qeyd edək ki, "SOCAR Ukrayna" Ticarət Evi" "Ukrzaliznıtsya" Səhmdar Cəmiyyəti üçün 14,1 min ton dizel yanacağının tədarükü ilə bağlı elan olunan tenderin qalibi olub. "VOG AERO JET" şirkətinin SOCAR-a qarşı iddia qaldırılmasının səbəbi isə bu şirkətin rəqiblərindən olduqca aşağı qiymətdə yükləri daşımasıdır. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274