DÜNYA

Rusiya ilə Türkiyə arasında ticarətin bərpası müzakirə edilir
24 AVQUST
124

Rusiya ilə Türkiyə arasında ticarətin bərpası müzakirə edilir

2016-08-24 19:28:00

10 aylıq aradan sonra Türkiyə ilə Rusiya arasındakı ticarətin sərbəstləşdirilməsi istiqamətində danışıqlar bərpa edilib. Fins.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüşlərdə  sərbəst ticarət anlaşmasının həyata keçirilməsi üçün kömrük və  bürokratik işlərin daha da sürətləndirilməsi, bununla da  ümumi ticarət həcminin artırılması əsas müzakirə mövzusudur.  


Ekspertlər hesab edir ki, sadalanan problemlər həll olunarsa,  iki ölkənin investorları da daha asan formada ticarət fəaliyyətlərini həyata keçirə biləcəklər.

 

Qeyd edək ki, 2008-ci ildə  Türkiyə ilə Rusiya arasında  xarici ticarət  dövriyyəsi 38 milyard dollar səviyyəsində olub. Neft qiymətlərinin düşməsi ilə Ruiya iqtisadiyyatının geriləməsi nəticəsində   2015-ci ildə bu rəqəm 23,3  milyard dollara enib.

Ötən ilin noyabr ayında yaşanan məlum təyyarə olayından sonra Rusiyanın Türkiyəyə qarşı tətbiq etdiyi iqtisadi qadağalar iki ölkə arasında xarici tic arət  dövriyyəsi daha da azaldı.

Rusiya ilə  Türkiyə arasındakı  ticarətin həsmi  bu ilin ilk yarısında  daha 41 faiz azalaraq  7,3 milyard dollara enib.

Xatırladaq ki, Türkiyə Rusiyaya əsasən,  toxuculuq məhsulları, qida, avtomobil sənayesi məhsulları, kimya məhsulları, geyim, elektrik  cihazları, və mədən sənayesi məhsulları  ixrac edir.  Son hadisəslər həmin malların ixrac  həcmində mühüm azalmalara gətirib çıxardı.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272