DÜNYA

Faiz dərəcələrinin artırılacağına – İŞARƏ
22 AVQUST
1131

Faiz dərəcələrinin artırılacağına – İŞARƏ

2016-08-22 10:23:00

ABŞ-ın Federal Ehtiyat Sistemi (FED) məşğulluğun tam təmin olunması və 2%-lik inflyasiya ilə bağlı məqsədlərinə çatmağa yaxındır.

Fins.az xəbər verir ki, bunu Amerika Mərkəzi Bankının ikinci rəhbər şəxsi sayılan Stenli Fişer deyib. 

FED-in sədr müavini əmək bazarında vəziyyətin yaxşılaşdığını əsas gətirərək Amerika iqtisadiyyatının sabit olduğunu qeyd edib.

Bununla belə o, faiz dərəcələrinin nə zaman artırılacağı ilə bağlı məlumat verməyib. 

Ekspertlər bu çıxışı 2016-cı il ərzində faiz dərəcələrinin artırılacağına işarə kimi qəbul etsə də, investorlar bu addımın atılacağına inanmır. 

Mənbə: APA

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275