DÜNYA

İran "Şimal-Cənub" üçün yardım istəyəcək
19 AVQUST
120

İran "Şimal-Cənub" üçün yardım istəyəcək

2016-08-19 14:41:00

Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun tikintisi İran üçün çox önəmlidir və bu layihənin tezləşməsi İranın Yol və Şəhərsalma Nazirliyinin gündəmindədir.

Fins.az-ın APA-ya istinadən məlumatına görə, bunu İran bürosuna Qəzvin şəhərinin meri Məsud Nüsrəti deyib.

Onun sözlərinə görə, yaxın vaxtlarda “İpək Yolu”nun keçdiyi İran şəhər rəhbərlərinin iclası keçiriləcək: “İclasda Şimal-Cənub dəhlizi müzakirə olunacaq. İpək Yolu Qurucuları Şurası Birlik Fondu və Bankından bu dəhlizdə işlərin tezləşdirilməsi üçün yardım alınması məsələsi gündəmdə olacaq və bu yardımı almağa çalışacağıq”. 

O bildirib ki, Qəzvin-Rəşt-Astara  dəmir yolu layihəsi “İpək Yolu”nun hədəf proqramlarından biridir. 

“İranda Qəzvin İpək Yolu proqramlarının mərkəzi kimi seçilib, həmçinin Qəzvin İpək Yolu Qurucuları Şurası Birlik Fondunda İranın nümayəndəsidir. Qəzvin-Rəşt-Astara dəmir yolu layihəsi bizim üçün çox önəmlidir. Bu layihə bir çox ölkələri bir-birinə birləşdirir. İran dəmir yolu Azərbaycan və Rusiya dəmir yoluna birləşir”, - deyə o əlavə edib.

M. Nüsrəti xatırladıb ki, İpək Yolu Qurucuları Şurası Birliyi Çin tərəfindən təsis olunub:   “Bu Birliyin mərkəzi də Çində yerləşir. Birliyə İpək Yolu üzərində yerləşən 11 ölkə üzvdür. Birlik Şimal-Cənub dəhlizinə önəm verir və əminik ki, İranın Qəzvin-Rəşt-Astara dəmir yolunun tikintisinə dair işlərin tezləşdirilməsinə yardım təklifi birlik tərəfindən qəbul olunacaq”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272