DÜNYA

Hər 5 isveçrəli qonşusundan cəsusluq edir
09 AVQUST
303

Hər 5 isveçrəli qonşusundan cəsusluq edir

2016-08-09 14:47:00

İsveçərinin əhalisinin 22% hər gün durbin, kamera və ya smartfonlar vasitəsi ilə qonşularının dalınca cəsusluq etdiyini etiraf ediblər. Onlardan bəziləri hətta qapı pusqusuna da çıxırlar.  

Araşdırma şirkətinin məhşur İsveç protalı “comparis.ch” üçün həyata keçirdiyi, 1000 nəfər respondentin iştirak etdiyi sorğunun nəticəsi bunu göstərdi.

Eləcə də bax: İsveçdə kurort mənzillərinin fərdi icarəsi populyarlaşır

Bundan əlavə sorğuda iştirak edənlərin 28% qonşularının dalınca onların ev bitkilərinin vəziyyətini öyrənmək üçün, 24% onlarn təmirini görmək üçün, 18% qonşuların övladları ilə necə rəfdar etdiklərini öyrənmək üçün, 13% isə cütlüklərin gündəlik həyat tərzini görmək üçün cəsusluq edir.

Əksər hallarda cəsusluğu cavan insalar (15-29 yaş arası) edirlər. Yaşlı isveçrəlilər isə (60-74 yaş arası) ümumiyyətlə qonşunun həyatında nə baş verdiyi ilə maraqlanmırlar.

Avropada qonşuların dalınca cəsusluq elə də təəccüblü bir əlamət deyil. Cəsusluq edənlər çox vaxt qonşuları barəsində şikayət də edirlər. Misal üçün Avstriyalı cütlük qonşunun onların evdə lüt gəzdikləri ilə bağlı şikayətindən sonra öz evlərindən köçməli olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274