DÜNYA

"YapıKredi"nin səhmdarı törəməsini satır
27 İYUL
275

"YapıKredi"nin səhmdarı törəməsini satır

2016-07-27 12:37:00

 Türkiyənin "YapıKredi Bankası"nın səhmdarı olan "UniCredit" sahib olduğu Polşanın "Bank Pekao SA"-nı satışa çıxarmaq niyyətindədir.

Fins.az APA-ya istinadən xəbər verir ki, "UniCredit" 5 mlrd. avro qarşılığında Polşanın ikinci ən iri bankındakı səhmlərinin satmağa razıdır. 

Bildirilir ki, "UniCredit"in baş icraçı direktoru Jan Pyert Mustye (Jean Pierre Mustier) onlayn bankçılıq üzrə ixtisaslaşmış "FinecoBank SpA"-nın da satılacağı ilə bağlı mesaj verib.

Qeyd edək ki, ötən gün "UniCredit"in səhmlərinin nominal dəyəri 2,3% ucuzlaşaraq 2,24 avroyadək enib.

Məlumat üçün bildirək ki, "UniCredit" "Yapı ve Kredi Bankası"nda 81,8%-lik paya sahib olan "Koç Finansal Hizmetler A.Ş."-də 50%-lik səhm paketinə malikdir. Eyni zamanda "YapıKredi Bankası"nın "YapıKredi Bank Azərbaycan" QSC-də 99,8%-lik səhmi var.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272