DÜNYA

130 min adam qida əldə etmək üçün - SƏRHƏDİ KEÇDİ
18 İYUL
219

130 min adam qida əldə etmək üçün - SƏRHƏDİ KEÇDİ

2016-07-18 12:34:00

Qida əldə etmək üçün Kolumbiya sərhədlərinin müvəqqəti olaraq açılmasından istifadə edən Venesuellanın 130 min sakini səthəddi keçib. El Nacional yazır ki, əhali ilk növbədə zəruri qida və dərman almağa tələsib. Təkcə şənbə günü Kolumbiyaya keçənlərin sayı 44 min, bazar günü isə – 88 min 684 nəfər olub.

Qeyd edək ki, əvvəlcə hər iki ölkənin hökümətləri yalnız bazar günü – humanitar koridor açmağı planlaşdırmışdılar. Lakin ərzaq üçün Kolumbiyanın Kukutu şəhərinə getmək istəyən qadınların sayı yüksək olub və rəsmi gözləntiləri bir neçə dəfə üstələyib. Financial Times-ın verdiyi məlumata görə, əsas məhsulların 80%-dən yuxarısı Karakasın supermarketlərində  yoxdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275