DÜNYA

ABŞ-da iğtişaş: 4 polis əməkdaşı öldürülüb
08 İYUL
191

ABŞ-da iğtişaş: 4 polis əməkdaşı öldürülüb

2016-07-08 10:20:00

ABŞ-da qaradərili vətəndaşlara qarşı baş verən növbəti polis zorakılığı əhali arasında kəskin etirazlara və iğtişaşlara səbəb olub. Fins.az-ın xarici mediaya istinadən xəbərinə görə, iğtişaşlar zamanı naməlum şəxs Diley Plaza rayonu ərazisində asayiş keşikçilərinə snayper silahından atəş açıb.

Nəticədə 4 polis əməkdaşı hadisə yerində həlak olub, daha 11 nəfər ağır yaralanıb. Atəş açan şəxs hadisə yerini tərk edib.

Son məlumata görə, polis əməkdaşlarına atəş açan şəxs saxlanılıb. Onlardan biri könüllü şəkildə polis idarəsinə gələrək təslim olub, digərini isə xüsusi təyinatlılar saxlayıb. Polis bir qədər əvvəl könüllü təslim olan şəxsin şəklini yayaraq, barəsində axtarış elan edib.

Xatırladaq ki, Minesota ştatında sənəd yoxlamaq məqsədilə avtomobili saxlayan polis əməkdaşları sükan arxasındakı 32 yaşlı qaradərili Filando Kastilə atəş açaraq öldürüb. Məlumata görə, insident zamanı avtomobildə sürücünün uşağı və yoldaşı da olub.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274