DÜNYA

Atatürk hava limanı fəaliyyətini bərpa etdi
29 İYUN
188

Atatürk hava limanı fəaliyyətini bərpa etdi

2016-06-29 09:15:00

Terrorçu-kamikadzelərin hücumuna məruz qalmış İstanbulun Atatürk hava limanı fəaliyyətini bərpa edib. Fins.az-ın “Haberturk”ə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin baş naziri Binəli Yıldırım bildirib. 

“Biz hava limanını açdıq, aviadaşımalar bərpa olunub”, - deyə baş nazir bəyan edib  

Qeyd edək ki, Türkiyə Hava Yolları (THY) Atatürk hava limanında baş vermiş partlayışdan sonra yazılı açıqlama yayayarq aeroportun fəaliyyətinin yerli vaxtla səhər 08.00-dək dayandırıldığını bəyan etmişdi.  

Son məlumata görə, üç terrorçu-kamikadzenin hava limanına hücumu nəticəsində 36 nəfər ölüb, 147 nəfər yaralanıb.

 Terror aktının İŞİD terrorçuları tərəfindən törədildiyi ehtimal olunur.  

 

 
 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272