DÜNYA

İngilislər İrlandiya pasportu almağa başlayıblar
28 İYUN
318

İngilislər İrlandiya pasportu almağa başlayıblar

2016-06-28 15:55:00

Britaniya vətəndaşları kütləvi sürətdə İsrandiya pastortu almağa çalışır. Fins.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə İrlandiyanın xarici işlər və ticarət naziri Çarlz Flanaqan açıqlama verib. “Son günlər Böyük Britaniyada və Şimali İrlandiyada irland pasportu almaq istəyənlərinin sayının artması müşahidə edilir”.

Flanaqanın fikrincə, bu, Birləşmiş Krallığın vətəndaşlarının Avropa Birliyi ölkələrində sərbəst hərəkət etmək hüququnu itirəcəklərindən narahatlıqlarını göstərir. BBC xəbər verir ki, müraciət edənlərin sayı o qədər çoxdur ki, Şimali İrlandiyanın bəzi poçt şöbələrində irland pasportu üçün müraciət blankları qurtarıb.

Qeyd edək ki, indi Şimali İrlandiyanın 1,8 milyon nəfər sakinindən ən azı 670 min nəfəri İrlandiya pasportuna malikdir. «Finansial Times» isə yazır ki, Britaniyanın Avropa İttifaqından çıxmasından sonra internetdə “İrland pasportunu necə almaq olar?” sualına cavab axtaranların sayı dəfələrlə artıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275