DÜNYA

Britaniya funtu son 30 ildə ən aşağı həddə düşüb
24 İYUN
384

Britaniya funtu son 30 ildə ən aşağı həddə düşüb

2016-06-24 10:07:00

Böyük Britaniyanın referendumla Avropa İttifaqından (Aİ) çıxması ilə bağlı qərarı funt sterlinqin dəyərini azaldıb. Fins.az xəbər verir ki, bu qərardan sonra funtun ABŞ dollarına nisbətdə kursu 5,5% azalaraq 1,4 dollara düşüb.

Bu, Böyük Britaniyanın pul vahidinin tarixində ən böyük biranlıq enişdir. Bir müddət əvvəl 1 funt sterlinq  1,5 dollara dəyişdirilirdi. 

Qeyd edək ki, funtun məzənnəsi 1985-ci ildən bəri funtun məzənnəsi ən aşağı həddə düşüb.

Dünənki referendumdan sonra funtun Avronun dollara qarşı məzənnəsi isə 4,5% enərək 1,0913 USD/EUR səviyyəsinə çatdıqdan sonra bir qədər artıb və 1,1030 USD/EUR-a yüksəlib.

Ekspertlər hesab edirlər ki, funt sterlinqin məzənnəsi ucuzlaşmağa davam edəcək və 1,20-1,25 USD/GBP səviyyəsinə qədər enəcək. Avronun məzənnəsinin isə qısa müddət ərzində 1,05 USD/EUR-a qədər azalması proqnozlaşdırılır. 

Xatırladaq ki, Böyük Britaniyanın Aİ çıxmasının tərəfdarları 16.7 milyonluq səs baryerini keçərək referendumda qalib gəliblər. 

Fins.az Britaniya mətbuatına istinadən xəbər  verir ki, ümumilikdə Aİ-dan çıxmaq istəyənlər səsvermədə iştirak edənlərin 52 faizini təşkil edib. İttifaqda qalmağın tərəfdarları isə 48 faiz olub. 

Səsəvermədə seçici fəallığı 72,1 faiz olub. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272