DÜNYA

Qazaxıstanda çevriliş cəhdi - 17 NƏFƏR ÖLDÜRÜLÜB
06 İYUN
710

Qazaxıstanda çevriliş cəhdi - 17 NƏFƏR ÖLDÜRÜLÜB

2016-06-06 15:17:00

Qazaxıstanın Aktoba şəhərində baş verən atışma nəticəsində ölənlərin sayı 17 nəfərə çatıb.

Fins.az "Report"-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstanın Daxili İşlər Nazirlyi məlumat yayıb.

Xəbərdə ölənlərdən 11-nin cinayətdə şübhəli sayılanlar, 3-nün hərbçi, birinin silah dükanının satıcısı, birinin dükandakı müştəri, birinin isə mühafizə xidmətinin əməkdaşı olduğu bildirilib.

Hadisə nəticəsində 22 nəfər yaralanıb. Hücumun məsuliyyətini "Qazaxıstan Azadlıq Ordusu" üzərinə götürüb.

Qazaxıstan Daxili İşlər Nazirliyi cinayətdə şübhəli bilinənlərin hamısının şəxsiyyətini müəyyənləşdirsə də, adlarını açıqlamayıb.

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsinin məlumatına görə, dövlət çevirilişində adı hallanan iş adamı, "Şımkendpivo" şirkətinin direktoru Toxtar Tuleşov Rusiya Dövlət Duması sədrinin keçmiş müşaviridir. 
Qurum təmsilçisi Rüstəm Karasayevin sözlərinə görə, ölkənin Atırau, Alma-ate, Ural, Qızıl Orda bölgələrində torpaq islahatına qarşı keçirilən etiraz aksiyalarının təşəbbüsçüsü Toxtar Yuleşovdur. O, həmin aksiyaların keçmiş müşavir tərəfindən maliyyələşdirildiyini də vurğulayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8716
  • ₽ RUB
    0.0274