DÜNYA

Banka borcu olanlar mitinq keçirdi - QIRĞIZISTANDA
26 MAY
179

Banka borcu olanlar mitinq keçirdi - QIRĞIZISTANDA

2016-05-26 10:01:00

Qırğızıstanın paytaxtı Bişkekdə, ABŞ səfirliyinin binası qarşısında borcluların haqlarını müdafiə hərəkatının tərəfdarları mitinq keçirib. Fins.az xəbər verir ki, aksiya iştirakçıları "Haqlarımızı kim müdafiə edəcək?", ""Mercy Corps" bankı beynəlxalq dələduzun ortağıdır!" şüarları yazılmış plakatlar tutublar. Mitinqçilər qırğız xalqının banklar və mikrokredit şirkətləri tərəfindən istismar olunmasına qarşı çıxış edirlər.

"Biz beynəlxaq araşdırma, kreditlərə amnistiya və insanları 20 il istismar etdiklərinə görə dəyən ziyanın ödənilməsini tələb edirik ", - deyə, mitinq iştirakçılarından biri vurğulayıb.

Bir müddət əvvəl borcluların haqlarını müdafiə edən xalq hərəkatı ABŞ-ın ölkədəki səfiri Şeyle Quoltniyə kommersiya bankları və mikromaliyyə şirkətlərinin timsalında maliyyə-kredit institutlatının vətəndaşlara münasibətində insan haqlarını təməl prinsiplərini pozduqları ilə bağlı müraciət ünvanlayıb. 

Onlar səfirə ABŞ-ın respublikada fəaliyyət göstərən "FINCA", "Mercy Corps", "ACDI/VOCA" kimi qeyri-hökumət maliyyə-kredit qurumlarının, banklarının dələduzluq fəaliyyətini, eləcə də prosesdə USAİD-ın iştirakını çatdırıblar.

Mənbə: “Report”

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8651
  • ₽ RUB
    0.0271