DÜNYA

Avropanın ən çox pivə içilən ölkələri – SİYAHI
26 MAY
598

Avropanın ən çox pivə içilən ölkələri – SİYAHI

2016-05-26 08:09:00

İyunun 10-dan iyulun 10-dək Fransada futbol üzrə Avropa çempionatı keçiriləcək. Qitənin ən nüfuzlu mükafatı uğrunda 24 ölkənin millisi mübarizə aparacaq. Çempionatın havaların isti olduğu dövrdə keçiriləcəyini nəzərə alsaq, Fransa, eləcə də digər milli komandaların fanatları üçün ən sərinləşdirici içki pivə olacaq. Fins.az xəbər verir ki, finala vəsiqə qazanan ölkələrdə pivəyə tələbatla bağlı reytinq hazırlanıb. 

Bu siyahıda çexlər liderlik edir. Çexiyada hər adam ildə 142 litr pivə qəbul edir. İkinci və üçüncü sırada avstriyalılar və almanlardır. Onların nəticələri demək olar eynidir – 104 litrdən bir az çox. Avropa çempionatının final mərhələsinə vəsiqə qazanan 24 ölkə arasında ən az pivə Türkiyədə (ildə 13 litr), eləcə də Albaniyada  (20 litrə yaxın) qəbul edilir.

Çempionata ev sahibliyi edəcək fransızlar hər adambaşına ildə 30 litr pivə içirlər.

Digər ölkələrin ildə adambaşına içilən pivəyə görə reytinqi belədir:

Polşa - 97,8

İrlandiya - 97

Rumıniya – 85,9

İspaniya – 80,6

Rusiya – 74,1

Slovakiya – 74,1

Xorvatiya – 72,5

Belçika – 72

İngiltərə - 67,7

Uels - 67,7

Şimali İrlandiya – 67,7

Macarıstan – 63,3

İslandiya – 61,8

Ukrayna – 61,6

İsveçrə -58,3

İsveç – 52,7

Portuqaliya – 49

İtaliya – 29

 

Mənbə: Modern.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7430
  • € EUR
    1.8487
  • ₽ RUB
    0.0275