DÜNYA

Rusiya iqtisadiyyatı hər il 200-300 min adam itirir
25 MAY
517

Rusiya iqtisadiyyatı hər il 200-300 min adam itirir

2016-05-25 16:19:00

Rusiya iqtisadi cəhətdən aktiv əhalinin hər il 200-300 minini itirir. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə ölkənin İqtisadi İnkişaf Nazirliyi xəbərdarlıq edib. Qurumda hesab edirlər ki, işləyə bilən insanların sayının sürətlə azalması Rusiya iqtisadiyyatı üçün risk yaradır. Bu barədə açıqlamanı Qazaxıstanın paytaxtı Astanada keçirilən iqtisadi forumda, nazir müavini Aleksey Vedev verib. Onun sözlərinə görə, daha bir problem isə ondan ibarətdir ki, Rusiyada əmək bazarının çevikliyi artır. Yaxın vaxtlarda bu məsə iqtisadi artımı məhdudlaşdıran amilə çevriləcək. Rusiya rəsmisi onu da qeyd edib ki, investisiya siyasətinin əsas prioriteti daxili investisiyalara qənaət edilməsinə şərait yaradılmasıdır. Xatırladaq ki, bir qədər əvvəl İqtisadi İnkişaf Nazirliyi maliyyə sahəsində “köpük” yaranması riskləri barədə xəbərdarlıq etmişdi.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272