DÜNYA

Neft bazarının gələcəyi necə olacaq? - BP-NİN PROQNOZLARI
20 MAY
541

Neft bazarının gələcəyi necə olacaq? - BP-NİN PROQNOZLARI

2016-05-20 13:34:00

Yeni texnologiyalar və alternativ enerjinin populyarlaşmasına baxmayaraq dünyanın enerji balansında neft hələ uzun müddət aparıcı mövqeyə malik olacaq və gələcəkdə ona tələbat artacaq. Bu BP-nin analitiklərinin qənaətidir. BP-nin enerji bazarının gələcəyi ilə bağlı baxışını Bakıda şirkətin baş iqtisadçısı Spenser Deyl təqdim edib. Onun sözlərinə görə, qarşıdakı 20 ildə dünyada neftə tələbatın artması gözlənilir.

Enerjiyə tələbat 30% yüksələcək

Neftə tələbatın əsas səbəbi dünyadakı iqtisadi artımdır. 20 illik proqnozları açıqlayan S.Deyl bildirir ki, qarşıdakı illərdə qlobal iqtisadiyatın hər il 3,5% artımı gözlənilir: «Əvvəlki 20 illik dövrlə müqayisədə artım sürəti səngiyəcək, amma artımın əsas hissəsi məhsuldarlığın hessbına baş tutacaq».

Dünyadakı iqtisadi artımın yarıdan çoxu Çin və Hindistanın payına düşəcək ki, bu da dünya iqtisadiyyatında Asiya ölkələrinin ön plana çıxması deməkdir. Bütün bunlar nəticəsində qarşıdakı 20 il ərzində dünya iqtisadiyyatı 2 dəfə artacaq. İqtisadi artıma uyğun olaraq dünyada enerji resurslarına tələbat da təqribən 30% artacaq.
Başqa sözlə, qarşıdakı 20 ildə enerji resurslarına tələbat ildə 1,1% artacaq. BP nümaynədəsinin sözlərinə görə, bu göstərici son 20 illə (illik artım 2,5% olmuşdu) müqayisədə aşağıdır. 

Çin «tormozlanır»

BP nümayəndəsinin sözlərinə görə, enerji bazarında əsas tendensiyalaran biri Çində enerji resurslarının istehlakı ilə bağlı kəskin səngimənin olmasıdır.
«Belə ki, indiyədək Çində enerji resurslarına tələbat hər il 8% artırdı, indii isə qarşıdakı 20 ildə bu göstəricinin ildə cəmi 2% artacağını gözləyirik».

Çində enerjiyə tələbatın azalmasının bir səbəbi bu ölkədə iqtisadi artımın azalmasıdır Çünki əvvəllər iqtisadi artım ildə 10% idi, indi isə bu göstəricinin 6-4%-ə enməsi gözlənilir.
Amma Çində enerjiyə tələbatın azalmasının əsas səbəbi Çin iqtisadiyyatının strukturunun dəyişməsidir. Belə ki, enerjiyə tələbatı böyük olan emal sənayesində artım sabitləşəcək, enerjiyə tələbatı böük olmayan xidmət sektorunda artım göstəriciləri artacaq: «Və gözləyirik ki, bu dəyişmə nəticəsində ən böyük zərbə daş kömürə dəyəcək. Daş kömürü daha ekoloj təmiz yanacalarla əvəz ediləcək. Nəticədə əgər indii daş kömür Çinin ereji balansında 3-də 2 hissəni tutursa, 20 il sonra bu göstərici 50%-ə düşəcək».

«Yoxsul ölkələr»də sürətli inkişaf 

Qarşıdakı 20 ildə enerjiyə olan tələbatın əhəmiyyətli dərəcədə artması gözlənilir. Bu da ən yoxsul ölkələrin sürətli inkişafı ilə bğlıdır. Asiyada 100 milyonlarla insanın gəlir səviyyəsi aşağı səviyyədən orta səviyyəyə çatacaq və buna böyük enerji resursları lazım gələcək.

Əsas söz yenə də neft-qazındır
BP şirkəti qarşıdakı 20 ildə də mədən yanacaq növlərinin. Yəni neft, qaz və kömürün payının yüksək olacağını bildirir. Belə ki, 2035-ci ilədək yaranan mənzərə göstərir ki, mədən resurslarının hakim mövqeyi qalacaq: «Enerjiyə tələbatın artımının 65%-i bu növlərin payına düşəcək, onların enerji balansında payı isə 80% olacaq».

Belə yanacaqları rasında ən sürətlə hasilatı artan enerji növü təbii qaz olacaq. Səbəbi təbii qaz üçün təchizat mənbələrinin çox olması və hökumətlərin siyasətidir. Belə ki, indiyədək enerji daşıyıcıları bazarında mühüm paya malik olan daş kömür, getdikcə təbii qaz və digər alternativ enerji növlərinin hesabına aradan çıxacaq.

Neftə tələbat gündəlik 20 milyon barel artacaq
Amma təbii qaz və alternativ enerjinin artımına baxmayaraq dünyada neftə olan ehtiyac da böyüyəcək. Qarşıdakı 20 il ərzində neftə olan qlobal tələb bu günkü 90 milyon bareldən 110 milyon barrelə çatacaq. Yəni gündə 20 milyon barel artacaq.
Artımın arxasında Çin və Hindistan kimi ölkələrdə əhalinin gəlirlərin artımı dayanacaq. Belə ki, həmin ölkələrdə əhalinin yaşayış səviyyəsi yüksəldikcə, insanlar daha çox avtomobil alacaqlar, avtomobillərin sayı artacaq. Hazırda İƏİT-ə daxil olmayan ölkələrdə avtomobillərin sayı 500 milyondur. 20 ildən sonra isə bu say 1,5 milyarda çatacaq.

OPEK-in gücü hələ qalacaq
BP nümayəndəsi bildirir ki, qarşıdakı 20 ildə gündəlik hasilatın əlavə 20 milyon barel artması OPEK ölkələri, ABŞ, Kanada və Braziliyanın hesabına təmin ediləcək. «OPEK ölkələri bazar paylarını qorumaq üçün hasilatı artıracaqlar. Bu isə gündəlik hasilatın 7-8 milyon barel artmasıdır»-deyə baş iqtisadçı bildirir.
Maraqlıdır ki, bu artımda Rusiyanın payı olmayacaq:
«Rusiyada hasilatın sabit qalacaını göləyirik - gündəki 11 milyon bareldən bir qədər aşağı. Ümumiyyətlə Rusiyada hasil etmə əmsalı dünydakından aşağıdır. Burada texnologialara investisiya yatırılsa, onun məhsuldarlığı arta bilər»-deyə BP nümayəndəsi Rusiyanın neft bazarındakı mövqeyini aydınlaşdırıb. Yerdə qalan artım isə ABŞ, Kanada və Braziliya hesabına olacaq. ABŞ-da əsas yeri qum çöküntülərindən alınan neft tutucaq. Yeri gəlmişkən, məhz qumm çöküntülərindən neft hasilatı dünyada ən sürətli artıma malikdir. BP nümaynədəsi etiraı edib ki, şirkət 2013-2016-cı illərdə bununla bağlı bütün proqnozlarına yenidən baxmalı olub – artma istiqamətində: «Bu sahədə hamilat hər il artır. Səbəbi texnoloji dəyişmələrin tətbiqi və məhsuldarlığın artmasıdır. Ona görə də, belə qaz və neft hasilatı ilə bağlı geniş imkanlar var».

Bərpa olunan mənbələr erası başlayır
Qarşıdakı 20 ildə enerji balansında ən sürətli artım bərpa olunan enerji növlərində baş verəcək. Bura külək, günəş və biokütlədən alınan enerji aiddir: «Gözləyirik ki bərpa olunan enerji resurslarının artım tempi ən yüksək göstərici olacaq»-deyə S.Deyl bildirib.
BP-nin proqnozlarına görə, bərpa olunan enerji növlərinin həcmi hər il 6,5% artacaq. Nəticədə qarşıdakı 20 ildə bu enerjinin ümumi həcmi 4 dəfə artacaq. Belə enerjinn ümumi enerji balansında payı isə indiki 3%-dən 9%-ə qalxacaq. «Amma həta belə sürətlə tempə baxmayaraq 20 ildən sonra da bəpra olunan enerji dünyanın enerjiə tələbatının 10%-dən də azını ödəyə biləcək»-deyə BP nümaynədəsi bərpa olunan enerji növləri ilə bağlı eyforiyanı söndürür.

BP həmişə yeniliklərə can atır

Dünyanın enerji balansındakı dəyişikliklərə BP də biganə qalmır: «Biz dünya miqyasında aparıcı neft qaz şirətlərindən danışırıqsa, bərpa olunan enerji mənbələri ilə bağlı ən çox layihəər BP-dədir»-deyf BP nümayəndəsi şirkətin bu sahədəki siyasətini açıqlayır. Məsələn, BP Braziliyada biokütlə ilə bağlı uğurlu layihə reallaşdırıb. «ABŞ-da ən byöük külək ferması da BP-nindir. Amma onlardan hasil edilən enerjiyə gəldikdə... üstün mövqe hardadırsa ora getməliyik»-dey baş iqtisadçı təmsil etdiyi şirkətin ehtiyatlı yanaşmasını sərgiləyir. 

Ümumilikdə isə hələlik BP üçün əsas enerji daşıyıcıları neft və qazdır. 5-10 il bundan əvvəl BP-nin portfelində neft 60 qaz 40% idi. Bu gün həmin nisbət 50%/50%-dir. Qarşıdakı 10 ildə isə qazın payı 60%, neft 40% olacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7339
  • € EUR
    1.8516
  • ₽ RUB
    0.0272