DÜNYA

Çin yuanı kəskin ucuzlaşdı
19 MAY
569

Çin yuanı kəskin ucuzlaşdı

2016-05-19 08:43:00

Çin Xalq Bankı ölkənin milli valyutası - yuanın ABŞ dolları qarşısında kəskin ucuzlaşdırılmasına və məzənnənin bu ilin mart ayından bəri ən aşağı həddə endirilməsinə qərar verib. Fins.az rus mətbuatına istinadən xəbər verir ki, hazırda 1 dollar 6,55 yuana bərabərdir. Kəskin ucuzlaşma ABŞ-ın Federal Rezerv Sisteminin (FRS) son iclası ilə bağlıdır. Bu iclasın yekununda bəyan edilib ki, iyun ayında uçot dərəcəsi artırıla bilər, bunun fonunda isə dollar bahalaşmağa başlayıb. Xatırladaq ki, FRS aprelin sonunda uçot dərəcəsinin sabit saxlanmasına qərar vermişdi. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
+12°C
  • $ USD
    1.7369
  • € EUR
    1.8625
  • ₽ RUB
    0.0272